Polad Bülbüloğlu: “Bizə heç kəs heç nəyi güclə etdirə bilməz”

"İki ölkə arasında əlaqələr genişdir, nazirlərimizin tez-tez görüşü olub". Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib. Səfir qeyd edib ki, bu yaxınlarda Baş nazirin 1-ci müavini Yaqub Eyyubov Moskvada olub: "İki ölkə arasında İqtisadi-Mədəni Dövlət Komissiyası var. Bu yaxında Rusiya tərəfindən yeni sədr təyin olunub. Bu yaxında onlar Yaqub Eyyubovla görüşəcəklər. Oktyabr ayında Azərbaycanda İqtisadi-Mədəni Dövlət Komissiyasının iclası keçiriləcək. Ümumiyyətlə Bakı ilə Moskva arasında gündə 9 təyyarə gəlib-gedir. Orta hesabla götürsək Azərbaycandan haradasa 1500-1600 insan Moskvaya səfər edir. Gömrük İttifaqı ilə bağlı Prezident İlham Əliyev birmənalı cavab verib. Bu yaxınlarda iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev birmənalı olaraq izah edib. Məncə əlavə şərhə ehtiyac yoxdur. Azərbaycan müstəqil ölkədir. Bizə heç kəs heç nəyi güclə etdirə bilməz. Bu qeyri-mümkündür. Təbii ki, bizim rəhbərliyimiz baxacaq prosesin gedişinə. Əgər sərfəli olsa, bu məsələyə baxmaq olar. Bu günə bu məsələ gündəmdə deyil. Bunu Azərbaycan birmənalı elan edib". Azadinform

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31