Azərbaycanda həyatın ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanmayacaq şəxslər müəyyənləşir

Azərbaycanda həyatın ölüm halından və əmək qabiliyyətinin itirilməsi halları ilə bağlı sığorta müqavilələri bağlanmayacaq şəxslər müəyyənləşir. Maliyyə Nazirliyi tərəfindən hazırlanmış "Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası qaydaları" layihəsinə əsasən, sığorta şirkətləri I və II qrup əlillər, narkoloji, psixonevroloji, vərəm, dəri-veneroloji dispanserlərdə uçotda olan şəxslərlə həyatın ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığorta müqavilələri bağlanmayacaq. Onkoloji, xroniki ürək-damar və QİÇS xəstələri də həyatın ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığorta müqavilələri bağlanmayacaq əhali qrupuna daxil edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31