İqtisadiyyata 25,1 faiz çox xarici investisiyalar yönəldilib
17 İyun 2014 17:46 İqtisadiyyat2014-cü ilin birinci rübündə ölkə iqtisadiyyatına 3,6 milyard ABŞ dolları həcmində və ya əvvəlki ilin eyni dövründəkindən 25,1 faiz çox xarici investisiyalar yönəldilib. Statistika Komitəsindən verilən məlumata görə, investisiyaların 14,5 faizi iqtisadiyyata maliyyə kreditləri, 53,0 faizi birbaşa, 32,5 faizi isə portfel və digər investisiyalar şəklində daxil olub. Birbaşa investisiyaların həcmi 1,9 milyard dollar təşkil edərək 2013-cü ilin eyni dövrü ilə müqayisədə 34,6 faiz artıb, onun 1,6 milyard dolları və ya 86,3 faizi iqtisadiyyatın neft-qaz sektoruna yönəldilib. Bu dövrdə ölkə rezidentlərinə 521,3 milyon ABŞ dolları ekvivalentində və ya əvvəlki ildəkindən 3,1 faiz çox xarici kreditlər təqdim edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31