Qeyri-neft sektorunda 8,3 faiz artım qeydə alınıb

2014-cü ilin yanvar-may ayları ərzində ölkədə istehsal edilmiş ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz artaraq 23,4 milyard manata çatmış, onun əhalinin hər nəfərinə düşən həcmi 1,4 faiz artaraq 2499,8 manat təşkil edib. Statistika Komitəsindən verilən məlumata görə, qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz artıb, onun ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 53,7 faizdən 55,4 faizədək yüksəlib. ÜDM-in 61,2 faizi istehsal sahələrində, o cümlədən 47,0 faizi sənayedə, 11,5 faizi tikintidə, 2,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda istehsal olunub, 31,7 faizi isə xidmət sahələrinin payına düşüb. Xidmət sektorunda əlavə dəyər istehsalının 25,2 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 17,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 7,0 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,2 faizi informasiya və rabitə xidmətləri göstərən sahələr, 44,8 faizi isə sosial və digər xidmət sahələri tərəfindən təmin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31