Yük və sərnişindaşıma ucuzlaşıb
10 İyun 2014 16:48 İqtisadiyyat2014-cü ilin may ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,7 faiz, sərnişindaşıma tarifləri isə 0,2 faiz ucuzlaşıb. Statistika Komitəsindən verilən məlumata görə, ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 0,1 faiz, digər xarici ölkələr üzrə 7,5 faiz ucuzlaşma müşahidə olunub. May ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,7 faiz ucuzlaşıb. MDB ölkələrinə dəmir yolu nəqliyyatında sərnişindaşıma tarifləri 11,3 faiz ucuzlaşmış, dəniz nəqliyyatında isə yükdaşıma tarifləri 4,0 faiz bahalaşıb. Avtomobil nəqliyyatında yükdaşıma tarifləri üzrə 4,0 faiz ucuzlaşma müşahidə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31