“Neft Daşları” yatağındakı 1813 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib
10 İyun 2014 16:46 İqtisadiyyatBu günlərdə ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik "Neft Daşları" yatağındakı 1887 saylı Stasionar Dəniz Özülündən 1813 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, quyu Fasilə Lay Dəstəsindən sutkalıq 30 ton neft hasilatı ilə istismara daxil edilib. Quyuda istismar işləri "Neft Daşları" NQÇİ tərəfindən həyata keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31