Vüqar Bayramov Kievdə Avropa Birliyinə səsləndi

Ukraynaın paytaxtı Kiev şəhərində Avropa Birliyinin dəstəyi ilə "Avropa Birliyi Şərqri Tərəfdaşılıq Ölkələrində inkişafa və tərəqqiyə necə yardım etməli?" mövzusunda yüksək səviyyəli konfrans keçirilir. Tədbirdə Azərbaycandan yeganə spiker olan iqtisadçı alim Avropa Birliyi Şərqi Tərəfdaşlıq Forumunun həmsədri Vüqar Bayramov "Azərbaycan və Avropa Birliyi arasında iqtisadi inteqrasiya: çağrışlar və prespektivlər" mövzusunda çıxış edib. Vüqar Bayramov deyib ki, Ermənistan və Belarusdan fərqli olaraq Azərbaycan Avropa Birliyi ilə azad ticarət danışıqları aparmağa potensial namizəd ölkədir. Sözügedən iki dövlətdən fərqli olaraq Azərbaycan Rusiya ilə Gömrük İttifaqı anlaşmasına imza atmayıb və praktik olaraq, Avropa Birliyi ilə iqtisadi inteqrasiya danışıqlarını davam etdirir. Ölkənin xarici ticarət dövriyyəsinin yarıdan çoxu Avropa Birliyinin payına düşür. Vüqar Bayramov deyib ki, Azərbaycanda iqtisadiyyatın elektronlaşması ölkə standartlarını Avropa Birliyi standartlarına yaxınlaşmasına yardım edib. "Asan Xidmət" elektron xidmətin göstərilməsi sahəsində regionda ən yaxşı model kimi qiymətləndirir. Bununla yanaşı, Azərbaycanın Ümumidünya Ticarət Təşkilatına (ÜTT) üzvlük prosesinin sürətləndirilməsi olduqca vacibdir. ÜTT üzvlüyü Azərbaycana Avropa Birliyi ilə azad ticarət danışıqlara başlamaq üçün əsas şərtdir. ÜTT üzvülüyü eyni zamanda iqtisadiyyatı diverfikasiyası və qeyri-neft sektorunun ixrac potensialnın artırılması baxımdan da əhəmiyyətlidir. Azərbaycanlı alim eyni zamanda Avropa Birliyinin də Azərbaycanı fəal dəstəkləməsinin vacibliyini bildirib. Vüqar Bayramov deyib ki, birlik ÜTT məsələsində Azərbaycana yardım etməli və ölkəmizdə iqtisadi proqramlarının sayının artırmaqla kiçik sahibkarlığın dəstəklənməsi layhələrinin icrasına başlamalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31