Mal və toyuq əti ucuzlaşıb, düyü və makaron isə bahalaşıb
6 İyun 2014 12:44 İqtisadiyyat2014-cü ilin may ayında ərzaq məhsullarının qiymətləri 1,9 faiz ucuzlaşıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri əvvəlki ayla eyni səviyyədə qalıb, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,8 faiz ucuzlaşıb. Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə,
ay ərzində buğda ununun, qarabaşaq yarmasının, mal və toyuq ətinin, balıq və balıq məhsullarının, pasterizə olunmamış üzlü südün, qatığın, şorun, yumurtanın, bananın, alçanın, çiyələyin, kələmin, göyərtinin, xiyarın, pomidorun, şirin bibərin, badımcanın, göy lobyanın, soğanın, sarımsağın, kartofun, qurudulmuş üzümün, qurudulmuş xurmanın, şəkər tozunun qiymətlərində ucuzlaşma, düyünün, makaron və vermişelin, kərə yağının, zeytun yağının, limonun, almanın, armudun, şabalıdın, çuğundurun, kökün qiymətlərində isə bahalaşma müşahidə olunub.