May ayında 15636 metr qazma işləri həyata keçirilib

 2014-cü ilin may ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 15635 metr qazma işi həyata keçirib. Socar.az xəbər verir ki, bu sahədə görülmüş işlərin 14962 metri istismara, 673 metri isə kəşfiyyata aid olub. Ümumiyyətlə, 2014-cü ilin yanvar-may aylarında ARDNŞ üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 62222 metr qazma işi görülüb ki, bunun da 60627 metri istismara, 1595 metri isə kəşfiyyata aid olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31