Pambıqdan çəkilən yağlar günəbaxan yağı kimi satılır

"Azərbaycanda pambıqdan yağ çəkilir və günəbaxan yağı adı ilə satılır.  "OLAYLAR"ın məlumatına görə, bu barədə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Onun sözlərinə görə, bu yağlar daha çox çorək zavodları və şirniyat sexlərinə paylanır: "Həmçinin küçələrdə peraşki bişirilən yerlərdə, bəzi kafe və restoranlarda da bu yağlardan istifadə olunur.  Bundan başqa, brend yağların etiketi ilə ölkədə saxta zeytun yağı hazırlanır və qablaşdırılır".

Eyyub Hüseynov belə yağların paytaxta daha çox bölgələrdən gətirildiyini və yağ istehsal edən köhnə zavodların zamanından qaldığını deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31