İstehlakçıların çaşdırılması hallarının qarşısı alınır
4 İyun 2014 16:02 İqtisadiyyatİqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən fiziki şəxs Cəfərov Fuad Telman oğluna məxsus Sumqayıt şəhəri, 6-cı mkr, ev. Z.Hacıyev küçəsində yerləşən mağazada aparılan yoxlama zamanı bilərəkdən yalan reklam yayımlamaqla istehlakçıların çaşdırılması halları müəyyənləşdirilmişdir. Belə ki, mağazanın vitrin pəncərələrində malların faizsiz kreditlə satılmasına dair reklam yerləşdirilməsinə baxmayaraq, malın dəyərinin hissələrlə ödənişli satışı zamanı malın satış qiymətinə faiz tətbiq olunduğu aşkar olunmuşdur. Bundan başqa, qeyd olunan reklamın aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da müəyyən edilmişdir.
Qanun pozuntusuna yol vermiş Fuad Cəfərov barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülür.