Yaponiya şirkətlərinin təmsilçiləri ARDNŞ-də olublar
4 İyun 2014 13:38 İqtisadiyyatARDNŞ-nin Baş ofisində Şirkətin prezidenti Rövnəq Abdullayevlə XXI "Xəzər Neft, Qaz, Neftayırma və Neft Kimyası" sərgi-konfransında iştirak etmək üçün Bakıda səfərdə olan Yaponiya şirkətlərinin təmsilçilərindən ibarət nümayəndə heyəti arasında görüş keçirilib.Görüşdə Azərbaycan-Yaponiya münasibətlərinin inkişaf etdiyini vurğulayan ARDNŞ-nin prezidenti Yaponiya şirkətlərinin 20 il bundan öncə həyata keçirilməyə başlayan "Azəri-Çıraq-Günəşli" və daha sonralar Bakı-Tbilisi-Ceyhan layihələrinin iştirakçılarından olduğunu diqqətə çatdırıb. Səmimi qəbul üçün təşəkkürünü bildirən Rusiya və MDB dövlətləri ilə Yaponiya Ticarət Assosiasiyasının direktoru Okada Kunio bildirib ki, hazırda 140-a yaxın yapon şirkəti bu təşkilatın üzvüdür və həmin şirkətlər Azərbaycanla enerji, eləcə də qeyri-nef sektoru sahələrində əməkdaşlıqda maraqlıdırlar. Qonaqların xahişi ilə Azərbaycanda və Türkiyədə həyata keçirilən regional əhəmiyyətli layihələr haqqında onlara ətraflı məlumat verən ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev Dövlət Neft Şirkətinin daha böyük layihələrə imza atmaq ərəfəsində olduğunu bildirib. O, Yaponiya şirkətləri ilə ARDNŞ arasında müxtəlif layihələrdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlardan bəhs edib.