Nazir: “Azərbaycanla Rusiya milyardlarla dollar həcmində qarşılıqlı sərmayə yatıra bilər”
2 İyun 2014 17:38 İqtisadiyyatAzərbaycan və Rusiya qarşılıqlı sərmayə yatıra bilərlər. Biz hesab edir ki, bu milyonlar deyil, milyard dollar həcmində ola bilər. Bunu jurnalistlərə açıqlamasında Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bildirib. Nazir qeyd edib ki, qarşılıqlı layihələr çərçivəsində logistika mərkəzlərinin yaradılması, dəmir yolları qatarlarının mümkün istehsalı, neft-qazın hasilatı, nəqli üçün avadanlığın istehsalının həyata keçirilməsi mümkündür.
A.Ulyukayev əlavə edib ki, Azərbaycan Yekaterinburqda logistika mərkəzinin tikilişinə investisiya qoyulmasında maraqlıdır. apa
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31