Kimsəsiz uşaqlar üçün bayram şənliyi keçirilib
2 İyun 2014 13:55 İqtisadiyyat"AtaSığorta" ASC valideyn himayəsindən məhrum olan fiziki qüsürlu uşaqlarla bayram görüşü keçirib. Şirkətdən "OLAYLAR"-a daxil olan məlumata görə, 1 iyun uşaqların beynəlxalq müdafiəsi günü münasibətilə "AtaSığorta" ASC-nin əməkdaşları Şağan qəsəbəsində yerləşən 3 saylı internat evini ziyarət edərək bayram tədbiri təşkil edib. Tədbir iştirakçıları fiziki qüsurlu uşaqların müxtəlif materiallardan hazırlanmış əl işləri ilə yaxından tanış olublar. Daha sonra uşaqlar üçün bayram süfrəsi hazırlanıb, şer və nəğmələr söyləyən uşaqlara isə hədiyyələr təqdim olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31