Rumıniyada SOCAR brendi altında daha bir YDM istifadəyə verilib
29 May 2014 19:47 İqtisadiyyatMayın 29-da Rumıniyanın şimali-şərq regionunda, Moldova ilə sərhəddə yerləşən İaşi şəhərində SOCAR brendi altında fəaliyyət göstərən sayca 2-ci yanacaq doldurma məntəqəsi istifadəyə verilib. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə,
geniş ərazini əhatə edən YDM-də Benzin 95 və Dizel Euro 5 tipli yanacaq məhsullarının satışı həyata keçirilir. Məntəqədə quraşdırılmış 2 sayğac 4 kiçik avtonəqliyyat vasitəsinin eyni anda yanacaqla təmin olunmasına şərait yaradır. YDM-dən istifadə edən müştərilərə "Nar Kafe"də ənənəvi olaraq Azərbaycan məhsulları, 24 saat pulsuz internet xidmətləri təklif olunur. Bununla da Rumıniyada əhaliyə SOCAR brendi altında yüksək keyfiyyətli xidmət göstərən YDM-lərin sayı 28-ə çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31