150 dollarlıq yığcam Hindistan smartfonu
27 May 2014 20:35 İqtisadiyyatHindistanın "Lava" şirkəti ucuz mobil cihaz həvəskarları üçün yeni "Iris X1" smartfonunu nümayiş etdirib. 854x480 piksel təsvir ölçülü 4,5 düymlük IPS ekranla təchiz edilmiş qurğunun qiyməti 150 dollardan yuxarı olmayacaq.
"ICTnews" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən bildirir ki, "Lava Iris X1" smartfonu 1,2 QHs takt tezlikli dördnüvəli prosessor, 1 QB əməli və 4 QB daxili yaddaş (32 QB-dək "microSD" kartı dəstəklənir), 8 və 2 meqapiksellik kameralar, simsiz rabitə modullar dəsti, GPS və microUSB portu ilə təchiz edilib.
Aparata "Android" mobil əməliyyat sisteminin son versiyası quraşdırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31