“AtaBank” sahibkarlıq subyektlərinə 16,915 milyon manat kredit verib

 İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən  Binəqədi rayonunun, M.Ə.Rəsulzadə qəsəbəsində № 100 nömrəli məktəbdə sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilib. Tədbirdə Bakı və ətraf qəsəbələrdə fəaliyyət göstərən 80-a yaxın sahibkar iştirak edib. "AtaBank"-dan "OLAYLAR"-a bildirilib ki, forumda adıçəkilən bank da iştirak edib. Ümumilikdə 2014-cü il il ərzində  "AtaBank" ASC   vasitəsilə sahibkarlıq subyektlərinə 16,915 milyon manat güzəştli kredit verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31