ARDNŞ qalibləri mükafatlandırdı

 ARDNŞ-nin baş ofisində "Yay təcrübəsi 2013" proqramında iştirak etmiş tələbələr arasında keçirilmiş inşa müsabiqəsinin qalibləri ilə görüş olub. "OLAYLAR"-ın şirkətə istinadən verdiyi xəbərə görə,  2013-cü ildə də Ödənişli Yay Təcrübəsi Proqramı başa çatdıqdan sonra "Mənim ARDNŞ-də Yay Təcrübəm" adlı inşa müsabiqəsi keçirilib. Təcrübəçi olmuş tələbələr oktyabrın 2-dən noyabrın 8-dək inşa müsabiqəsinə qoşulmaq üçün müraciət ediblər. Müsabiqəyə təqdim olunmuş inşalar İnsan Resursları Departamentində yaradılan komissiya tərəfindən oxunaraq, məntiqlilik, orijinallıq, mövzuya yaradıcı yanaşma və struktur kriteriyaları baxımından 5 ballıq sistemlə qiymətləndirilib. Sonda inşalara verilən qiymətlər əsasında orta bal müəyyənləşdirilib. Qiymətləndirməyə əsasən müsabiqə iştirakçılarından Nəbiyev Fərid Nəriman oğlu, Aslanlı Aysel Gülxan qızı, Qocayev Elmir İlham oğlu ilk 3 yeri tutub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31