İstehlakçıların aldadılması hallarının qarşısı alınır

  İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri Nəsimi  rayonu, Cavad Xan küçəsi, ev 24 ünvanında  fiziki şəxs  Mustafayev Rasim Ənvər oğluna  məxsus mağazada qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halları  müəyyənləşdirilmişdir. Belə ki, mağazanın vitrin pəncərələrində "25-50%-ə qədər endirim" məzmunlu  reklamlar  yerləşdirilsə də, mağazada satışda olan  malların  qiymətlərinə  endirim tətbiq edilmədiyi aşkar olunmuşdur. Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da müəyyən edilmişdir.

Qanun pozuntusuna  yol vermiş  Rasim Mustafayev barəsində  qanunvericiliyə  uyğun olaraq  müvafiq  tədbirlər  görülür. OLAYLAR

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31