“Günəşli” yatağındakı 45 nömrəli quyu istismara verilib
20 May 2014 17:09 İqtisadiyyatBu günlərdə ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik "Günəşli" yatağındakı 6-cı özüldən 45 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, quyu Qirməki Altı Lay dəstəsindən 3761-3725 metr intervaldan sutkalıq 186400 kubmetr qaz və 14 ton kondensat hasilatı ilə istismara daxil edilib. Quyuda istismar işləri "28 May" NQÇİ tərəfindən həyata keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31