Büdcə vəsaitlərindən səmərəli istifadə etməklə böyük işlər görmək olar
Ziyad Səmədzadə: “Əgər dövlət büdcəsində əsaslı kapitalın qoyuluşuna 1 faiz qənaət etsək, bu 70 milyon manat deməkdir”
19 May 2014 16:54 İqtisadiyyatAzərbaycan parlamenti ötən ilin dövlət büdcəsinin icrasını müzakirə edərək həyata keçirilən tədbirləri müsbət qiymətləndirib. Maraqlıdır, dövlət büdcəsinin icrası hansı əlamətdar cəhətlərlə müşahidə olunub? Millət vəkili, Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildidirb ki, Azərbaycanın dövlət büdcəsi ildən-ilə özünün kamilliyi, bütövlüyü və əhatə dairəsi ilə fərqlənir. Bu isə cəmiyyətdə Azərbaycan dövlətinin apardığı iqtisadi siyasət barədə ümumi fikrin formalaşdırılması üçün böyük əhəmiyyət kəsb edir. Təkcə onu qeyd etmək lazımdır ki, son on ildə Azərbaycanda Ümumi Daxili Məhsulun həcmi 3,4 dəfə artıb. Bu artım qloballaşan dünyada baş verən proseslər fonunda ən yüksək artım sayılır. Təsadüfi deyil ki, son beş ildə Azərbaycana 80 milyard manatdan çox investisiya qoyulub: "Dünyada sosial gərginliyin, işsizliyin və yoxsulluğun artması fonunda Azərbaycanda tam əks proseslırin müşahidə olunması sürətli inkişaf, tərəqqi, əhalinin rifahının yüksəlməsi, ictimai-siyasi sabitlik, milli həmrəyliyin möhkəmlənməsi ölkədə aparılan düşünülmüş siyasətin məntiqi nəticəsidir". Onun sözlərinə görə, Azərbaycanda baş verən iqtisadi inkişaf tempini aydın şəkildə dərk etmək üçün ötən illərin iqatisadi göstəricilərinin müqayisəli təhlilini aparmaq kifayətdir. Belə ki, 2013-cü ildə Azərbaycan dövlətinin ümumi daxili məhsulu 73 milyard dollar təşkil edib. 2008-ci ildə bu rəqəm 48,8 milyard dollar idi: "Ölkəmiz adambaşına düşən ümumu daxili məhsulun həcinə görə MDB ölkələri arasında Rusiya Federasiyası və Qazaxıstanla birlikdə ön sıralarda yer tutr. İlk dəfə olaraq dövlət büdcəsinin həcmi 25 milyard dolları ötür, halbuki 2008-ci ildə bu göstərici 13 milyard dollar təşkil edirdi. 2013-cü ildə Azərbaycanda əldə olunmuş iqtisadi naliyyətlər dünyanın nüfuzlu maliyyə qurumları və reytinq agentkliklri tərəfindən yüksək qiymətləndirilib. Ötən ilin dövlət büdcəsinin icrası göstərir ki, ÜDM-in bölüşdürülməsində dövlət büdcəsinin payı 33,8 faiz təşkil edib ki, bu da orta göstəricilər səviyyəsində və hətta MDB məkanlnda ən yüksək göstəricilərdən birini təşkil edir". Dövlət büdcəısinin icrası həm də onu göstərir ki, artıq Azərbaycanda sabit, gündən-günə möhkəmlənən maliyyə bazası var. Bunu ölkənin həm valyuta ehtiyatları, həm də dövlət büdcəsindən iqtisadi-sosial inkişafa ayrılan vəsitlərin həcmi göstərir.
Dövlət büdcəsi gəlirlərinin formalaşması büdcınin həcmində ən fundamental məsələlərdən biridir. İqtisadi inkişafın dinamik artımı dövlət büdcəsi gəlirlərinin də stabil yerinə yetirilməsini təmin edib. Nəzərə almaq lazımdır ki, qeyri-neft sektoru üzrə proqnoz tamamilə icra edilməklə qeyri-neft gəlirlərinin həcmi 14,5 faiz artıb. Konkret olaraq dövlət büdcəsində onun xüsussi çəkisi 71,8 faiz təşkil edib. İcra dövrünün ən əlamətdar cəhətlərindən biri ondan ibarətdir ki, Vergilər Nazirliyi xətti ilə yığılan gəlrlərin şəffaflığı, könülllülük xidmətinin yüksəlməsi, elektron-audit xidmətlərin göstərilməsi vergi mədəniyyətinin artması və vergilərin vaxtında ödənilməsinə səbəb olub. Müsbət cəhətlərdən biri də ondan ibarətdir ki, Azərbaycanın dövlət büdcəsinə olan borclarda müsbət meyillər özünü göstərir. Əvvəlki illə müqayisədə bu göstərici 9 faiz azalıb. 2013-cü ildə əmək müqaviləsi bağlanmadan işlərin və xidmətlərin yerinə yetirilməsinə qeyri-qanuni cəlb olunmuş 7215 şəxslə əmək müqaviləsinin bağlanması təmin olunub: "Məlum oduğu kimi, gizli, kölgə iqtisadiyyatı dünyanın bir çox ölkələrində var. Azərbaycanda da bu sahədə edilən yeniliklər, Mülki Məcəllə, Vergilər Məcəlləsi və Əmək Məcəlləsinə edilən dəyişikliklər artıq imkan verəcək ki, müqaviləsiz işləyən insanların sayı ildən-ilə azalsın. Bu həm büdcə gəlirlərinin artması, həm də işçilərin gələcək sosial təminatına böyük təsir göstərəcək". Dövlət büdcəsinin icrasında prinspial cəhətlərdən biri odur ki, dövlət büdcəsinin formalaşmasında regionların xüsusi çəkisi artıb. Regionların sosial -iqtisadi inkişaf proqramları üzrə nəzərdə tutulmuş tapşırıqların yerinə yetirilməsi nəticəsində yerlərdə yradılan sahibkarlıq mühitinin formaıaşması, yeni müəssisələrin işə salınması nəticəsində vergi gəlirlərin artması təmin edilib. Yaxın gələcəkdə, 2014-2018-ci illərdə də belə bir proqramın həyata keçirilməsi heç şübhəsiz ki, öz müsbət təsirini göstərəcək.
Komitə sədri qeyd edib ki, övlət büdcəsindən danışarkən xərclərin strukturunda baş verən dəyişikliklər xüsusilə qeyd edilməlidir. Hazırda cari gəlirlərin artım sürəti ÜDM-in artım sürətindən geri qalır ki, bu da olduqca müsbət haldır: "Biz gələcəkdə əsaslı xərclərlə cari xərclər arasında nisbəti təkmilləşdirməliyik. Şübhəsiz ki, iri layihələr həyata keçirildikcə bu nisbətdə böyük dəyişikliklər yaranacaq. Məktəblər, səhiyyə ocaqlarının təmiri başa çatdıqdan sonra qalan vəsaitlər real sektorun unkişafına yönəldiləcək. Əslində biz gərək real sekrora dəstəyi artıraq. Bakı və Sumqayətda yerləşən sənaye müəssisələrinin filialları açılsın, emalın səviyyəsi yüksəlsin, soyuducu kameraların tikilməsi prosesi sürətlənsin ki, real sektordan olan gəlirlər hesabına yeni iş yerlərinin yaradılmasına nail olunsun".
Onun sözlərinə görə, xərclər, vəsaitlər olan yerdə həmişə problemlər olur: "Bir iqtisadçı kimi arzum ondan ibarətdir ki, əsaslı xərclərlə cari xərclər arasında nisbəti təkmilləşdirək. Satınalmalarda məsuliyyəti daha da artıraq. Ötən il satınalmalar üzrə 114 milyon manat vəsaitə qənaət edilib. Bu isə o deməkdir ki, ildən-ilə dövlət büdcəsinin şəffaflığı artır, cəlb olunmuş vəsaitlərdən səmərəli istifadə olunmaqla böyük işlər görülür. Əgər biz döblət büdcəsində əsalı kapitalın qoyuluşuna 1 faiz qənaət etsək, bu 70 milyon manat deməkdir. Bununla dövlət büdcəsinin həcmini genişləndirmədən həmin vəsaitlər hesabına çox işlər görmək olar. Hesab edirəm ki, bu istiqamətdə də müvafiq strukturlar ciddi işlər görməlidirlər". Onun sözlərinə görə, dövlət büdcəsinin parametrlərini xarakterizə edən ən vacib göstəricilədən biri də borclanmadır: "Qloballaşan dünyada dövlətin rolu dəyişib. Biz əgər dünyaya inteqrasiya yolunu seçmişiksə, milli maraqlarımızı qorumaqla ölkələrlə əməkdaşlıq ediriksə kredit alma və kredit vermə məsələlərinə diqqətlə yanaşmalıyıq. Heç bir dövlət qapalı şəkildə, borc almadan yaşaya bilməz. Amma biz o borcları alırıq ki, artıq Azərbaycan o borclar hesabına innovasiyalı iqtisadiyyat qursun. Nəzərə almaq lazımdır ki, Avropa Birliyi ölkələri üzrə borclanma səviyyəsi ÜDM-ə nisbətdə 95 gaiz olduğu halda, Azərbaycanda bu göstərici 7-8 faiz arasındadır. Azərbaycanın kifayət qədər investisiyası olduğu üçün ölkədə ictimai iaşə obyektləri tikməyə ehtiyac yoxdur. Bizdə ən müasir, yüksək əmək tutumlu yeni iş yerləri innovasiyalı iqtisadiyyat qurulmalıdır. Bu sahədə imkanlarımız genişdir".