“Günəşli” yatağında yeni quyu qazılır

Günəşli" yatağındakı 11-ci özüldən 307 nömrəli quyuda qazma işlərinə başlanılıb. "OLAYLAR"-ın Dövlət Neft Şirkətinə istinadən verdiyi xəbərə görə,  layihə dərinliyi 3400 metr olan quyu ARDNŞ-nin "SOCAR AQŞ" Müştərək Müəssisəsi tərəfindən Fasilə Lay Dəstəsinə qazılır. Geoloqların hesablamalarına görə, quyudan sutkada 60 ton neft, 10 000 kubmetr qaz hasil ediləcək. Quyuda istismar işləri "28 May" NQÇİ tərəfindən həyata keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31