İnformasiya və rabitənin ÜDM-də payı 1,7 faiz olub
16 May 2014 17:40 İqtisadiyyatBu ilin yanvar-aprel aylarında ölkədə istehsal edilmiş ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz artaraq 18,2 milyard manat təşkil edib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu dövrdə ÜDM-in 1,7 faizi informasiya və rabitə xidmətləri sahəsində istehsal olunub. İqtisadiyyatın informasiya və rabitə sahəsində istehsal olunmuş ÜDM-in həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 12,3 faiz artıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31