Komitə sədri: “Azərbaycanın dövlət büdcəsi 100 mlrd. manata çatacaq”
16 May 2014 16:40 İqtisadiyyatYaxın illərdə Azərbaycanın dövlət büdcəsi 100 milyard manata çatacaq. Bunu deyən Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin sözlərinə görə, bu gün Azərbaycanın sabit maliyyə bazası var: "Bu da ölkənin valyuta ehtiyatlarını formalaşdırıb. Azərbaycanın qeyri neft-qaz sektoru 56,5% təmin edilib və tam icra olunub. Ölkənin dövlət borcu son bir ildə 9% azalıb." Millət vəkili deyib ki, 2014-2018-ci illərdə də sahibkarlığın və regionların inkişafına dəstəklə bağlı dövlət proqramları icra olunacaq: "Ölkədə aparılan satınalmalar sahəsində də irəliləyişlər var. Bu sahədə 114 mln. manat qənaət edilib. Bir faiz qənaət olunması dövlət büdcəsinə 70 mln. manat ödəniş edilməsinə gətirir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31