Samir Şərifov: “Əhalinin hər nəfərinə düşən gəlir ötən illə müqayisədə 6,6% artıb”
16 May 2014 16:26 İqtisadiyyat"2013-cü il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna qədər büdcənin vahid xəzinə hesabında yaranan 960 408 100 manat məbləğində qalıq, 2014-cü ilin dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə və dövlət borcuna xidməti ilə bağlı yarana biləcək xərclərin ödənilməsinə yönəldiləcək". Bunu Milli Məclisdə "Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib. Onun sözlərinə görə, 2013-cü ilin yekunlarına əsasən ölkə əhalisinin gəlirləri 8% artaraq, 37,6 mlrd. manata çatıb: "Əhalinin hər nəfərinə düşən gəlir ötən illə müqayisədə 6,6% artıb. 2013-cü ildə əsas kapitala yönəldilmiş vəsaitlər 15,1% artaraq, 17, 9 mlrd. manat təşkil edir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31