Obama və həyat yoldaşının sərvəti açıqlandı: cəmisi 7.15 milyon dollar
16 May 2014 14:39 İqtisadiyyatABŞ prezidenti Barak Obama və həyat yoldaşının sərvəti 2013-ci illə müqayisədə demək olar ki, dəyişməyib. Obamaların sahib olduqları sərvətin dəyəri 1.95-7.15 milyon dollar arasında qiymətləndirilir. Ağ Evin hesabatına əsasən, Obama ailəsinin sərvəti Maliyyə Nazirliyinin sənədlərində 1-5 milyon dollar kimi göstərilir. Lakin onların fərqli müddətli dövlət təhvil rəqəmləri isə 100-250 min dollar arasındadır. Həmçinin Obamaların "JP Morgan Chase"dəki cari hesablarında keçən il 50-100 min dollar olub. "Northern Trust" bankında isə 100-250 min dollarlıq hesabları var. Mişel və Barak Obamaların "Vanquard" Pensiya Fondunda eyni, 100-250 min dollarlıq hesablara sahibdirlər. Prezident və yoldaşının Çikaqodakı evlərinin ipoteka krediti 1 il əvvəl olduğu kimi təxminən 500 min, yaxud 1 milyon dollar arasında dəyişir. Ailəyə bir neçə il bundan qabaq 5.6%-lik 30 illiyə ipoteka krediti verilib. Keçən illə müqayisədə Obamalar bu il 127 min dollar daha az, 481 min 98 dollar vergi ödəyirlər. ("OLAYLAR"İA)