“Neft Daşları” yatağında yeni quyu qazılır

 Kompleks Qazma İşləri Tresti tərəfindən "Neft Daşları" yatağındakı 2521 nömrəli platformadan 2526 nömrəli quyuda qazma işlərinə başlanılıb. Socar.az xəbər verir ki, "Neft Daşları" NQÇİ-nin sifarişi ilə Qala Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1490 metrdir. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31