Cənubi Koreya planşet bazarında “Apple” çatmaq niyyətindədir
15 May 2014 16:34 İqtisadiyyatCənubi Koreyanın "Samsung Electronics" şirkətinin dünya planşet kompüterlər bazarında payı rekord səviyyəyə çatıb ki, bu da ona lider "Apple" korporasiyasından geriliyi azaltmağa imkan verib. Mincom.gov.az xəbər verir ki, bu barədə "Strategy Analytics" şirkətinin məlumatında deyilir. Analitiklərin qiymətləndirməsinə görə, 2014-cü ilin birinci rübündə "Samsung" 12,8 milyon planşet tədarük edib ki, bu da bazarın ümumi həcminin 22,6 faizini təşkil edir. Bir il əvvəl bu göstərici 18,9 faizə, tədarük edilmiş "Galaxy Tab" istehsal xəttindən olan qurğuların sayı 9,1 milyon ədədə bərabər olub."Apple" beynəlxalq arenada nəhəng planşet istehsalçısı olaraq qalır. Lakin "iPad" istehsalçısının payı illik hesablamada 11,5 faiz azalaraq cari ilin yanvar-martında 28,9 faiz olub. "Apple" artıq Cənubi Amerika, Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika kimi regionlarda liderliyi "Samsung"a verib.