“Günəşli” yatağında tikinti-inşaat işləri görülür

Azərbaycanın neft-qaz sənayesində əhəmiyyətli rola malik "Günəşli" yatağında hasilatın artırılması məqsədilə yeni-yeni platformalar inşa edilir, mövcud özüllər genişləndirilir, digər texniki tədbirlər həyata keçirilir. "OLAYLAR"-ın şirkətə istinadən verdiyi xəbərə görə,  ARDNŞ-nin mühüm struktur vahidlərindən olan "Neftqaztikinti" Tresti bu istiqamətdə bir sıra mühüm işlər görür. Trest "Günəşli" yatağındakı 13 saylı Dərin Dəniz Özülündə yenidənqurma işləri həyata keçirir. Yatağın ehtiyat imkanlarının daha böyük olduğu nəzərə alınaraq, neft-qaz hasilatını artırmaq məqsədilə özüldə əlavə 4 ədəd neft-kondensat quyusunun qazılması üçün ümumi uzunluğu 2040 metr olan müxtəlif diametrli qoruyucu və istiqamətləndirici borular quraşdırılıb. Özüldə yenidənqurma işlərinin cari ilin avqust ayında başa çatdırılacağı gözlənilir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31