Elektron bəyənnamələrin sayı artıb

2014-cü ilin aprel ayında Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzində canlı əlaqə zamanı müfəttiş-operatorlar tərəfindən 14 min 418 sual xarakterli müraciət cavablandırılıb. Nazirliyin Analitik-informasiya şəbəsindən "Olaylar"a verilən məlumata görə, mışdır. nəmin müraciətlər əsasən elektron xidmətlər (19%), qeydiyyat (16%), vergi növlərinin tətbiqi (15%), hesabatlar (10%), elektron imza (6%), büdcə, vergi ödəyiciləri və vergi orqanlarının rekvizitləri (5%) və s. barədə olub.Canlı rejimdə daxil olan müraciətlərin 95,3%-i (13 min 738) müfəttiş-operatorlar tərəfindən birbaşa cavablandırılıb, 4,7%-i (680) isə araşdırma aparılması üçün müraciət vərəqəsi tərtib edilməklə, orta hesabla 1,7 gün ərzində cavablandırılıb.Hesabat dövründə vergi ödəyiciləri tərəfindən 1322-i dəfə vergi borcu, 811 dəfə isə vergi növləri barədə məlumat əldə etmək üçün səsli menyu xidmətindən istifadə edilib. Göstərilən dövrdə vergi ödəyicilərinə 84 mindən çox mesaj göndərilib ki, onlardan 82 min 641-i qısa mesaj, 1381-i isə ikitərəfli mesaj olub.Aprel ayında Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 358 min 427 daxilolma qeydə alınmışdır.Respublika üzrə təqdim etməli olan 183 min 204 vergi ödəyicisindən 96,8%-i bəyannamələri vaxtında təqdim etib, bunların 90,3%-i elektron qaydada olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31