“Günəşli” yatağındakı 288 nömrəli quyu istismara verilib

Azərbaycanın neft-qaz sənayesində əhəmiyyətli rola malik "Günəşli" yatağında yeni-yeni quyular qazılmaqla yanaşı, fəaliyyətsiz fondda olan quyular da texniki tədbirlər aparılmaqla istismara qaytarılır. Socar.az xəbər verir ki, yatağın işlənməsini həyata keçirən "28 May" NQÇİ-də bu istiqamətdə ciddi tədbirlər görülür. Bu günlərdə yataqdakı 8 nömrəli dərin dəniz özülündə 288 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. Quyu Fasilə lay dəstəsindən 2775-2769 metr intervaldan fontan üsulu ilə sutkalıq 70 ton neft, 17000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib. 
                         

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31