Vergilər Nazirliyi 54 növ elektron xidmət göstərəcək
13 May 2014 13:10 İqtisadiyyatVergilər Nazirliyi tərəfindən göstərilməsi nəzərdə tutulan 60 elektron xidmətdən 2012-2013-cü illərdə istifadəyə verilmiş 51 növü üzrə inzibati reqlamentlər "Hüquqi Aktların Dövlət Reyestrin"də elektron variantda dərc edilib. Bu barədə nazirlikdən verilən məlumata görə, "Vergi partnyorluğu Sazişi"nin bağlanması üçün ərizələrin qəbulu", "Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış"ın təqdim edilməsi və "Azərbaycan Respublikasında kommersiya hüquqi şəxslərin dövət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə kommersiya hüquqi şəxsin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunması ilə bağlı müraciətlərin qəbulu və dərcolunma faktını təsdiq edən sənədin verilməsi" üzrə elektron xidmətlərin göstərilməsinə başlanılması ilə əlaqədar müvafiq inzibati reqlamentlərin layihələri hazırlanaraq, elektron xidmətlər reyestrinin operatoru funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırılıb.