ARDNŞ-dən "Şahdəniz"lə bağlı açıqlama

Rövnəq Abdullayev bildirib ki, Azərbaycan Dövlət Neft Şirkəti hələlik "Şahdəniz" layihəsindəki payını artırmağı düşünmür

"Azərbaycan Dövlət Neft Şirkəti hələlik "Şahdəniz" layihəsindəki payını artırmağı düşünmür". Bunu jurnalistlərə açıqlamasında Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib.  O bildirib ki, SOCAR-ın aktiv qiyməti azdır və bu da bizim böyük layihələrdə payımızı artırmağımıza imkan vermir: "Dövlət tərəfindən "Cənubi Qafqaz" şirkəti yaranıb. Bu şirkət böyük layihələri 51-in 49-a nisbətində maliyələşdirmə öhdəliyi verilib. Bu şirkətdən 49 % payımız var və rəhbərlikdə texniki idarəni ARDNŞ edir. Amma maliyyə az olduğundan ARDNŞ bu layihədə payını artırmaq iqtidarında deyil. SOCAR-ın aktiv qiyməti azdır və bu da bizim böyük layihələrdə payımızı artırmağımıza imkan vermir". ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31