Rövnəq Abdullayev: "Nə vaxt istəsək Rusiyaya qaz verə bilərik"
ARDNŞ prezidenti məsələyə aydınlıq gətirib
13 May 2014 12:16 İqtisadiyyat"Nə vaxt istəsək Rusiyaya qaz verə bilərik". Bunu jurnalistlərə açıqlamasında Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib. O bildirib ki, "Bakı-Novorasiski" kəmərində aparılan təmir işləri ilə əlaqədar hazırda Rusiyaya qaz nəqli dayanıb:
"Hələ ki, nasazlıq tam aradan qaldırılmayıb. Kommersiya müqaviləsi bağlamışıq və bu razılaşma öz qüvvəsini saxlayır. Müqavilədəki razılığa əsasən nə vaxt istəsək Rusiyaya qaz verə bilərik".
Xatırladaq ki, bir müddət öncə "Bakı-Novorasiski" qaz kəmərində nasazlıq yaranıb. ans
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31