ED-AV-6 qurğusu təmirdən sonra istismara buraxılıb

Heydər Əliyev adına Bakı neft emalı zavodunun əsas istehsalat  obyektlərindən sayılan neftin ilkin emalı üzrə 21 nömrəli ED-AV-6 qurğusu əsaslı təmirdən sonra istismara buraxılıb. Socar.az xəbər verir ki, təmir zamanı S-1/1 sobasının nəqliyyat xəttinə qədər olan çıxış xətləri, S-1/2 və S-1/3 sobalarının daxilində radiant hissənin boruları dəyişdirilmiş, S-1/2 və S-1/3 sobalarından K-2 kolonuna gedən nəqliyyat xətləri və K-2 kolonunun əlaqələndirici xətləri yeniləri ilə əvəz olunmuş, mövcud vakuumyaradıcı sistemi yenidən qurulub. Bundan başqa, R-201 reaktorunun daxilində kaskad boşqabların bir neçəsi dəyişdirilmiş, reaktorun gövdəsində daxili torkret - beton izolə qatlarının yararsız vəziyyətdə olan hissələri bərpa edilmiş, reaktorun daxilindəki siklon qrupunun üstündə yeni su buxarı püskürücüləri hazırlanaraq quraşdırılıb. Əsaslı təmir işləri zavodun təmir-quraşdırma üzrə 13 nömrəli sahəsi, eləcə də 16 nömrəli İnşaat-İstehsalat Təsərrüfat Tresti, "Bərpa-N TT" MMC, "Bərpa- AS" MMC, "Təmir- Tikinti AzNY" QSC, "Terminal-2A" MMC və "Neftqaztikinti" tresti tərəfindən yerinə yetirilib. Hazırda 21 nömrəli ED-AV-6 qurğusunda K-10 vakuum kolonunun daxili elementlərinin dəyişdirilməsi işləri davam etdirilir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31