Üçüncü dünya ölkələri üçün 7 dollarlıq fləş-kart buraxılıb
12 May 2014 18:00 İqtisadiyyatÜçüncü dünya ölkələri üçün "Keepod Unite" "USB" fləş-kartların buraxılması üzrə layihə "Indiegogo" saytında 40 min dollardan çox investisiya cəlb edib. Mincom.gov.az xəbər verir ki, "Keepod Unite" 8 QB quraşdırılmış əməliyyat sisteminə və proqram təminatı dəstinə malik fləş-kartdır. İdeya müəlliflərinin fikrincə, belə fləş-kartlar Yer kürəsinin 5 milyard əhalisinin (70 faiz) indiyədək kompüterdən istifadə edə bilmədiyi "rəqəmli fərqlilik" problemini aradan qaldırmağa kömək edəcək."Keepod Unite"in ilk nüsxələri Keniya paytaxtı Nayrobidə Qərb ölkələri sakinlərinin zibilliyə atdıqları köhnə noutbuklarla birlikdə paylanacaq. Statistikaya görə, təkcə amerikalılar hər gün zibilliyə 85 min köhnə fərdi kompüter atır. Həmin kompüterlər xeyriyyə təşkilatları vasitəsilə toplanaraq Afrikaya göndərilir."Android 4.4" əsaslı əməliyyat sistemi "Keepod Unite" fləş-kartından kompüter işə salınan zaman yüklənir və sərt diskdən istifadəyə ehtiyac qalmır. Təşkilatçılar fləş-kartların 1 ədədini topdansatış qiymətinə - 5 dollara alaraq onlara "Linux" əməliyyat sistemi və proqram təminatı quraşdırmağı və Afrika ölkələrində 7 dollara satmağı planlaşdırırlar.