Millət vəkilindən təklif: “Maliyyə nəzarəti haqqında qanun” qəbul edilməlidir”
12 May 2014 17:54 İqtisadiyyat"Dövlət büdcəsindən iri layihələrə kifayət qədər vəsait ayrıldığından onun icrasına nəzarət gücləndirilməlidir". Bunu deyən millət vəkili Vahid Əhmədovun sözlərinə görə, bunun üçün "Maliyyə nəzarəti haqqında qanun" qəbul edilməlidir: "Bununla yeyintilərin, vəzifədə oturanların dövlət büdcəsindən xərcləmələrinin qarşısı alınmalıdır. Əsas vəzifə büdcəsinin neftdən asılılığının azaldılması olmalıdır. Hazırda dövlət büdəcsinin gəlirlərinin 76 faizini neftdən gələn gəlirlər, bunun da 53%-ini Dövlət Neft Fondundan transfertlər təşkil edir. Qeyri-neft sektorundan gəlirlərin artırılması üçün əlavə gəlir gətirən sahələr inkişaf etdirilməlidir. 10-15 min nəfərin işləyəcəyi avtomobil və digər zavod yaradılması ilə dövlət büdcəsinə əlavə vəsait cəlb olunması arta bilər. Layihələrə maliyyə açılışının yanvardan başlanmalıdır. Hazırda isə dövlət büdcəsində xərclərin 70-75 faizi noyabr-dekabr ayında xərclənir. Bunun üçün də büdcənin proqramlı idarə olunması məqsədəuyğundur".