"Neft Daşları” yatağında yeni quyu istismara verilib
8 May 2014 18:17 İqtisadiyyat"Neft Daşları" yatağındakı 2585 nömrəli özüldən 2599 nömrəli quyu qazmadan sonra istismara verilib. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, Kompleks Qazma İşləri Tresti tərəfindən X horizonta qazılan quyu 2214-2193 metr intervaldan fontan üsulu ilə sutkalıq 40 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, quyu "Neft Daşları" NQÇİ-nin sifarişi ilə qazılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31