“AtaBank” nüfuzlu beynəlxalq idman yarışına dəstək verir
8 May 2014 17:00 İqtisadiyyatMayın 11-dək ölkəmizdə Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə keçiriləcək nüfuzlu "Tour d'Azerbaidjan" beynəlxalq veloturuna dəstək olaraq "AtaBank" ASC iştirakçıları səyyar bankomatı olan "AtaMatik" ilə müşayiət edəcək. "OLAYLAR"-a daxil olan məlumata görə, 5 gün boyunca velosipedçiləri ölkəmizin Sumqayıt, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Şamaxı və digər bölgələrində müşayiət edəcək "AtaMatik" iştirakçılara, habelə azarkeş və nümayəndələrə müxtəlif növ bankçılıq əməliyyatlarından istifadə imkanı yaradacaq. "AtaBank" ASC-nin səyyar bankomatı olan "AtaMatik" vasitəsilə hər kəs bank kartı vasitəsilə nağd pul çıxara, habelə nağdsız ödənişlər və əməliyyatlar apara biləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31