Yük və sərnişindaşımaları bahalaşıb

 2014-cü ilin aprel ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 1,2 faiz ucuzlaşmış, sərnişindaşıma tarifləri isə 0,1 faiz bahalaşıb. Statistika Komitəsindən verilən məlumata görə, ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 6,5 faiz ucuzlaşma, digər xarici ölkələr üzrə 6,9 faiz bahalaşma müşahidə olunub. Aprel ayında MDB ölkələrinə dəniz nəqliyyatında yükdaşıma tarifləri 1,2 faiz, dəmir yolu nəqliyyatında isə sərnişindaşıma tarifləri 13,0 faiz bahalaşıb. Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi ay ərzində 3,2 faiz ucuzlaşıb. Avtomobil nəqliyyatında sərnişindaşıma və yükdaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31