“Günəşli” yatağındakı quyu istismara verilib

Azərbaycanın neft-qaz sənayesində əhəmiyyətli rola malik "Günəşli" yatağında yeni-yeni quyular qazılmaqla yanaşı, fəaliyyətsiz fondda olan quyular da texniki tədbirlər aparılmaqla istismara qaytarılır. Socar.az xəbər verir ki, yatağın işlənməsini həyata keçirən "28 May" NQÇİ-də bu istiqamətdə ciddi tədbirlər görülür. Bu günlərdə "Günəşli" yatağındakı 15-ci özüldə 220 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilmişdir. Quyu Fasilə Lay Dəstəsindən 3086-3060 metr intervaldan qaz-lift üsulu ilə sutkalıq 75 ton neft, 18000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilmişdir.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31