ARDNŞ 12810 metr qazma işi həyata keçirib

2014-cü ilin aprel ayı ərzində ARDNŞ  (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 12 min 810 metr qazma işi həyata keçirib. 

Bu sahədə görülmüş işlərin 12 min 479 metri istismara, 331 metri isə kəşfiyyata aid olub. 

Ümumiyyətlə, 2014-cü ilin yanvar-aprel aylarında ARDNŞ üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 46 min 587 metr qazma işi görülüb ki, bunun da 45 min 665 metri istismara, 922 metri isə kəşfiyyata aid olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31