31 minlik palto
Los-Ancelesdə hərrac keçirilir
6 May 2014 20:29 İqtisadiyyatAprelin 29-da Los-Ancelesdəki hərracda 1939-cu ildə məşhur amerikalı kinooperator Qreqq Tolandın aldığı "Oskar" heykəlciyi satılıb.
Kino sənayesində ən görkəmli operatorlardan biri hesab olunan Toland qızıl heykəlciyi "İldırımlı aşırım" filminə görə alıb. Heykəlcik Nate D.Sanders evinin hərraclarında 150 min dollara satılıb. Toland 40-cı illərdəki "Vətəndaş Keyn" və "Ömrün ən yaxşı illəri" filmləri üzərindəki işinə görə də məşhurdur.
Hərracda satılan əşyalar arasında Con Lennonun paltosu (31,2 min dollar) və amerikalı aktyor Con Ueynin kovboy şlyapası (37,5 min dollar) da var. Ledi Qaqanın epatajlı geyimi isə 15,6 min dollara satılıb. ans
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31