Bu üzük hansı xanımın olacaq?

Gələn ay İsveçrənin Cenevrə şəhərindəki "Four Seasons Hotel des Bergues" otelində keçiriləcək "Christie's Magnificent Jewels" hərracında dünyanın ən böyük mavi brilyantı satılacaq. Daily Mail bildirir ki, 13,22 karatlıq olan brilyant üzük qaşıdır və həmin üzüyün ilkin satış qiyməti 22,71 milyon dollardır. Həmin brilyant 250 lotdan ibarət satış çeşidindədir. Çeşidin ümumi dəyəri 79,9 milyon dollardır. Satılacaq brilyantlar arasında dünyanın ən böyük mavi-yaşıl brilyantı olan 5,5 karatlıq "The Ocean Dream" də var. Həmin brilyantın ilkin satış qiyməti 7,6 milyon dollardır. milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31