Nazirlik: “Çağ öyrətim” vergidən yayınıb"

Vergilər Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, 2013-cü ilin oktyabr-noyabr aylarında "Çağ-Araz" MMC-də növbəti səyyar vergi yoxlaması həyata keçirilib, yoxlamanın nəticələri aktlaşdırılaraq vergi ödəyicisinə vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar çıxarılıb: "Məhkəmə mübahisəsinin predmeti şirkətin ali məktəblərə hazırlıq kurslarının təşkilindən əldə etdiyi gəlirlərindən vergilərin hesablanması ilə bağlıdır. Vergi ödəyicilərinin razı olmadığı hallarda vergi orqanlarının qərarından məhkəməyə şikayət vermək hüququ vardır və hazırda bu məsələ ilə bağlı hüquqi müstəvidə mübahisələndirmə prosesi davam edir". Qeyd edək ki, "Çağ" Öyrətim İşlətmələri şirkətinin Türkiyədə camaat lideri Fətullah Gülənə bağlı olduğu iddia edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31