ABŞ Yanukoviçin bank hesablarının "ov"una başladı
Federal Təhlükəsizlik Bürosu tərəfindən yaradılan xüsusi qrup Ukraynaya göndərilib
30 Aprel 2014 16:26 İqtisadiyyatABŞ-ın Federal Təhlükəsizlik Bürosu Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin xarici ölkələrdəki bank hesablarının axtarışı ilə məşğul olan xüsusi qrup yaradıb. Xüsusi qrup Yanukoviçin bank hesablarını araşdıran prokurorluq orqanlarına və müstəntiqlərə kömək edəcək. Bu barədə ABŞ Baş prokuroru Erik Holder açıqlama verib. Onun sözlərinə görə, Böyük Britaniya Ukrayna hökumətinə Viktor Yanukoviçin prezidentliyi dövründə ölkədən çıxarılan pulların geri qaytarılması istiqamətində kömək etmək üçün beynəlxalq danışıqları davam etdirir.
"Amerikalı müstəntiqlər, agentlər və prokurorluq orqanlarının digər işçiləri ölkədən çıxarılan pulların izinə düşmək üçün Ukraynanın yeni hökumətinə kömək etmək məqsədilə Kiyevə yollanıb", - deyə Erik Holder bildirib. ans