“LG” üç həftəyə min “UHD” formatlı televizor satıb
21 Aprel 2014 15:22 İqtisadiyyatİstehlak elektronikasının aparıcı istehsalçılarından biri "LG Electronics" şirkəti yüksək təsvir ölçüsünə (UHD və ya 4K) malik televizorların satışa çıxarıldığı ilk gündən təxminən 900 belə qurğu satmasını elan edib. Mincom.gov.az xəbər verir ki, şirkət 49,55 və 65 düymlü "UHD TV"-lərin satışına cari ilin martın 28-də başlayıb. Televizorların displeylərinin tərəflərinin nisbəti 16:9, minimal təsvir ölçüsü 3840×2160 piksel təşkil edir ki, bu da "Full HD" formatını dörd dəfə üstələyir. Qeyd olunur ki, 49 düymlü qurğular istehlakçılar arasında daha çox populyardır. Bu televizorlar Cənubi Koreya istehsalçısının satdığı "UHD" televizorların ümumi həcminin yarısını təşkil edib. Şirkət nümayəndələrinin sözlərinə görə, bu növ qurğulara yüksək tələbat onların qiyməti (2,9 milyon von və ya 2,8 min dollar) ilə izah edilir. Müqayisə üçün qeyd edək ki, istehsalçı 55 düymlü modeli 3,9 milyon vona, 65 düymlü modeli 7,4 milyon vona satır. İstehsalçı təmsilçilərinin sözlərinə görə, istehlakçıların müxtəlif tələblərinə daha yaxşı cavab vermək üçün cari yarımildə daha iki "UHD TV" modelinin (79 və 84 düym diaqonallı) buraxılması planlaşdırılır.