Bill Klintonun noutbuku 60 min dollara satılıb
19 Aprel 2014 02:10 İqtisadiyyat"France-Presse" agentliyi yazır ki, ABŞ-ın keçmiş prezidenti Bill Klintonun istifadə etdiyi yığcam kompüter onlayn-hərracda satılıb. Leptopun alıcısının adı açıqlanmayıb.
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, Klinton leptopu, əsasən amerikalı astronavtlara poçt göndərilməsi və fotoşəkillərin saxlanılması üçün istifadə edib. Həm yazışmalar, həm də fotoşəkillər kompüterin sərt diskində saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31