H.Əliyev adına BNEZ-in daha bir qurğusunda təmir işlərinə başlanılıb
18 Aprel 2014 19:08 İqtisadiyyatHeydər Əliyev adına Bakı Neft Emalı Zavodunun əsas qurğularından sayılan neftin ilkin emalı üzrə 21 nömrəli ED-AVQ-6 qurğusu əsaslı təmirə saxlanıb. Socar.az xəbər verir ki, qurğunun vakuum kolonunun bütün quruluşunun dəyişdirilməsinə başlanılıb. Bu işlər mövcud vakuumyaratma sisteminin yenidən qurulması istiqamətində yerinə yetirilir. Təmir zamanı qurğunun K-2 atmosfer kolonu yoxlanılacaq, sıradan çıxmış boşqablar dəyişdiriləcək, vakuum bölməsində 4 ədəd İD-7 istidəyişdiriciləri yeniləri ilə əvəz olunacaq. Qurğunun S-1/2, S-1/3 sobalarının radion hissəsinin bütün borularının dəyişdirilməsi istiqamətində işlər davam etdirilir, sobaların nəqliyyat xətləri, S-1/1 sobasında çıxış xətləri və S-3 sobasının forsunkaları yeniləri ilə əvəz olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31