“Günəşli” yatağında yeni quyu istismara verilib
18 Aprel 2014 19:03 İqtisadiyyat"Günəşli" yatağındakı 13-cü özüldən 351 nömrəli quyu qazmadan sonra istismara verilib. Socar.az xəbər verir ki, ARDNŞ-nin "SOCAR AQŞ" Müştərək Müəssisəsi tərəfindən Fasilə Lay Dəstəsinə qazılan quyu 3065-3027 metr intervaldan sutkalıq 75 ton neft və 11000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib. Qeyd edək ki, quyu "28 May" adına NQÇİ-nin sifarişi ilə qazılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31